46 il əvvəl çəkilmiş filmin premyerası keçiriləcək - VİDEO


46 il əvvəl çəkilmiş filmin premyerası keçiriləcək.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, “Soul musiqisinin kraliçası” kimi tanınan və bu ilin avqust ayında həyatını itirən Areta Franklin haqqında 46 il əvvəl çəkilmiş filmin premyerası ABŞ-ın Nyu-York şəhərində keçiriləcək.
Tanınmış rejissor Sidney Pollakın 1972-ci ildə çəkdiyi film, əvvəlcə texniki problemlər sonra isə hüquqi məsələlərlə bağlı uzun müddət yayımlana bilmədi.
Film ilk dəfə 12 noyabrda, Nyu-Yorkda keçiriləcək film festivalında nümayiş etdiriləcək.
“Respect” və “Think” kimi məşhur mahnıların müəllifi A. Franklin 76 yaşında xərçəng xəstəliyindən dünyasını dəyişmişdi.
“Möhtəşəm Zərafət” adlı film texniki problemlərə görə ancaq 2011-ci ildə hazır olub.

Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top