Binəqədinin yeni icra başçısı şöbə müdirini işdən çıxartdı


Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov vəzifəsindən azad edilib. Bununla bağlı rayon icra hakimiyyətinin başçısı Elxan Allahverdiyev əmr imzalayıb. O, bu vəzifəyə 2015-ci ildə təyin edilmişdi. Həmin vəzifəyə hələ ki, təyinat olmayıb.

Xatırladaq ki, iyunun 6-da Prezident İlham Əliyevin sərəncamı ilə Elxan Allahverdiyev Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. E.Allahverdiyevdən öncə icra hakimiyyətinin başçısı Xaləddin İsgəndərov idi.(report)

DİGƏR XƏBƏRLƏR

Top