İtaliyada böyük əməliyyat: rüşvətə görə mer və müavini həbs olundu


İtaliyanın Fuskaldo şəhərində korrupsiya şübhəsi üzrə 14 nəfər həbs olunub. Yeniavaz.com “Kommersant” qəzetinə istinadla xəbər verir ki, həbs edilənlər arasında şəhərin meri Canfranko Ramundo, onun müavini, müşavirləri, dövlət qulluqçuları, eləcə də fərdi sahibkarlar var.
12 nəfər nəzarət altında saxlanılır, 2 nəfər isə ev həbsinə yerləşdirilib. Saxlanma üzrə əməliyyatda 100-dən çox hərbçi iştirak edib.
Cinayət işi üzrə ümumilikdə 20 nəfərin adı hallanır. Onlar inzibati pozuntularda, təzyiq göstərməkdə, vəzifə səlahiyyətini aşmaqda, israfçılıqda ittiham olunurlar.
Şübhəlilərin 215 min avro dəyərində aktivləri həbs olunub. Onların vurduğu zərər 7,5 milyon avro məbləğində qiymətləndirilir.

DİGƏR XƏBƏRLƏR

Top