Ruhani: ABŞ-ı peşman olmağa məcbur edəcəyik


İran Amerika sanksiyalarından yan keçəcək və ABŞ-ı peşman olmağa məcbur edəcək.
Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.
O bildirib: “Birlikdə və birgə səylərlə sanksiyalardan yan keçəcəyik, biz ABŞ-ı peşman olmağa vadar edəcəyik, ölkəyə xarici investisiyalar cəlb edəcəyikş Biz iqtisadi çiçəklənmə yolunu bərpa edəcəyik”.
Qeyd edək ki, noyabrın 5-də ABŞ-ın İrana qarşı sanksiyaları qüvvəyə minir. Sanksiyalar neft ixracını əhatə edəcək. Vaşinqton İran neftinin ixracını sıfıra endirmək niyyətindədir və İran neftinin alıcılarını onun alışından imtina etməyə çağırıb.
 

DİGƏR XƏBƏRLƏR

Top