“Milan” İbrahimoviçə yarımillik müqavilə təklif etdi


“Milan” Zlatan İbrahimoviçlə müqavilə bağlanılması haqqında danışıqlar aparır. Hazırda isveçli hücumçu “Los-Angeles Gallaxy” klubuna məxsusdur. Lakin artıq növbəti ayda Milan komandasının formasını geyinə bilər: İbrahimoviçin klubu MLS-də pley-offa vəsiqə əldə edə bilməyib. “Tuttosport”un məlumatına görə, “Milan” isveçli forvarda yarımillik müqavilə təklif edir. Eyni zamanda sazişin müddətinin 1 il də uzadılması mümkündür. Lakin İbrahimoviç 1,5 illik müqavilənin dərhal imzalanmasını tələb edir. Futbolçunun “Milan”da ildə 1,5 milyon avro qazanacağı gözlənilir.(oxu.az)

DİGƏR XƏBƏRLƏR

Top