Bakıda biznes mərkəzdə yanğın olub


Bakı şəhərinin Nərimanov rayonunda biznes mərkəzdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən Yeniavaz.com-a verilən məlumata görə, altımərtəbəli binanın divar üzlüyü 36 m2 sahədə və yaxınlıqda quraşdırılmış reklam lövhəsi 2 m2 sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

DİGƏR XƏBƏRLƏR

Top