Türkiyənin Uqandadakı səfiri geri çağırılıb - Geyiminə görə


Ankara Uqandadakı səfir Sədəf Yavuzalpı Türkiyənin milli bayramı – Respublika günü münasibəti ilə keçirilən qəbula qədim yunan paltarında gəldiyinə görə geri çağırıb. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu öz "Twitter" hesabında yazıb. Yavuzalpın xitonda şəkilləri Türkiyə KİV-də və sosial şəbəkələrdə yayılıb. Səfir özü geyim seçimini Türkiyədə 2018-ci ilin Troya ili elan olunması ilə izah edib. Respublika günü oktyabrın 29-da qeyd olunur. "Uqandadakı səfirimizin 29 oktyabr qəbulundakı şəkilləri mətbuat və sosial şəbəkələrdə yayılandan dərhal sonra araşdırma başlanılıb və o, geri çağırılıb", - deyə Çavuşoğlu bildirib. (Report)

DİGƏR XƏBƏRLƏR

Top