Qusarda meşə idarəsinin sabiq müdir müavini intihar edib


Qusar şəhərində intihar hadisəsi baş verib. Yeniavaz.com report-a istinadən xəbər verir ki, 1956-cı il təvəllüdlü yerli sakin Mahmud Əlipoladov özünü həyətindəki yardımçı tikilidə asıb.

M.Əlipoladovun 3 uşaq atası olduğu bildirilir. O, əvvəllər Qusar Meşə Təsərrüfatı İdarəsinin müdir müavini olub.

Faktla bağlı Qusar Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top