Mədəsini kiçiltdiyinə görə öldüyü deyilən qadının yaxınlarından etiraz

Azərbaycanda daha bir qadın mədəkiçiltmə əməliyyatı zamanı dünyasını dəyişib. Modern.az-ın əldə etdiyi məlumata görə, Sevinc adlı xanım dünən mədəkiçiltmə əməliyyatına girib və gecə saatlarında həyatını itirib. Xanımın azyaşlı övladı var. Mərhumun Bakı Dəmiryol Xəstəxanasının işçisi olduğu bildirilir. Bazar günü olduğundan Bakı Dəmiryol Xəstəxanasından hər hansı infromasiya almaq mümkün olmayıb.

****
Mərhumun yaxınlarının qafqazinfo-ya verdiyi məlumata görə, o, mədə kiçiltdiyinə görə dünyasını dəyişməyib: Belə ki, onun vəfatına ürək tutmasının səbəb olduğu bildirilib. Həmçinin, Bakı Dəmiryol Xəstəxanasında işləmədiyi qeyd edilib.

DİGƏR XƏBƏRLƏR

Top