Gənc oğlan qolunu kəsərək özünə qəsd edib


Mingəçevir şəhərində gənc oğlan qolunu kəsib. Yeniavaz.com xəbər verir ki, hadisə gecə saatlarında Sənaye parkının yaxınlığından keçən küçədə baş verib. 2001-ci il təvəllüdlü Xaçmaz rayon sakini Samir Yaqub oğlu Quliyev qolunu iti alətlə kəsərək özünə ciddi xəsarət yetirib. O, qolunun damar nahiyəsini ağır yaralayıb. Yaralı şəhər mərkəzindən xəstəxanaya aparılıb və dərhal əməliyyat olunub.
Hadisənin hansı səbəbdən baş verdiyi, münaqişə yaxud intihara cəhd məqsədli olduğu hələ ki, tam məlum deyil. Yaralı gənc ilkin ifadəsində bunun təsadüfi hadisə olduğunu bildirib. Mingəçevir xəstəxanasından verilən məlumata görə xəstənin vəziyyəti qənaətbəxşdir. Faktla bağlı araşdırma aparılır. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top