Masallıda ziyankar qohum saxlanılıb


Qəsdən yanğınlar törədərək bir neçə şəxsin əmlakına ziyan vuran şəxs saxlanılıb. Oktyabrın 29-da Masallı rayonunun Bədəlan kəndi ərazisində Nicat Həsənova məxsus evdə yanğın hadisəsi baş verib. Nəticədə evin 100 kv metr sahəsi və evdəki əşyalar yanıb.  

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində evi qəsdən yandırmaqda şübhəli bilinən Bədəlan kənd sakini Taleh Həsənov müəyyən edilərək saxlanılıb. RPŞ-nin əməkdaşlarının apardıqları araşdırmalar nəticəsində T.Həsənov tərəfindən törədilən analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, onun oktyabr ayının 19-dan 31-dək müddətdə həmkəndliləri olan qohumları Vüqar Məmmədzadəyə məxsus mağazasını və anbarını, Hakim Həsənova məxsus “VAZ-2106” markalı minik avtomobilini, Azər Cəbiyevə məxsus “KamAZ” markalı yük avtomobilinin salonunu və eləcə də bir tövləni yandırdığı müəyyən edilib. Saxlanılan Taleh Həsənov tutarlı bir səbəb göstərməsə də, törətdiyi əməli etiraf edib. 

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186-cı (əmlakı qəsdən məhv etmə və ya zədələmə) maddəsi ilə cinayət işi başlanılıb.(sputnik.az)

DİGƏR XƏBƏRLƏR

Top