Bakıda 2339 boş iş yeri var: 2048-i fəhlə işidir


Bu ilin sentyabr ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı 18 min 104 nəfər olub.
Yeniavaz.com Bakı şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, işsizliyə görə müavinət alanların sayı isə 539 nəfər olub. Onlara verilən müavinətin orta aylıq məbləğ  211,33  manat təşkil edib.
Bakı şəhəri üzrə işsiz statusu olan şəxslərin  7 min 113  nəfərini qadınlar olub. İşçi qüvvəsinə olan tələbat sentyabr ayının axırına şəhər üzrə cəmi 2 min 339 nəfərdir, onlardan 2 min 48  nəfəri fəhlələrdir. 
2018-ci ilin sentyabr ayında Bakı şəhəri üzrə məşğulluq xidmətində işsiz hesab edilənlərin sayı rayonlar üzrə belə olub:

 

İşsiz statusu
olan şəxslər, nəfər

İşsizliyə görə müavinət alanlar

Binəqədi

850

71

Qaradağ

538

47

Xəzər

1 459

13

Səbail

648

23

Sabunçu

1 135

59

Suraxanı

1 634

25

Nərimanov

1 779

37

Nəsimi

2 804

35

Nizami

1 304

39

Xətai

3 609

119

Yasamal

2 309

67

Pirallahı

35

4

Bakı şəhəri- cəmi

18 104

539

DİGƏR XƏBƏRLƏR

Top