Kənd təsərrüfatı məhsullarının yarmarkası bu həftə də işini davam etdirib


“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə ötən həftədən fəaliyyətə başlamış kənd təsərrüfatı məhsullarının satış-yarmarkası işini bu həftə də davam etdirir.

Cəmiyyətdən Yeniavaz.com-a verilən məlumata görə, yarmarka bu gün səhər saat 09.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) istehlakçıların ixtiyarına verilib. Yarmarkada regionlarda fəaliyyət göstərən kiçik və orta fermerlərdən tədarük olunmuş 122 adda, 40 tondan artıq  məhsul satışa çıxarılıb. Ötən həftə olduğu kimi yenə də qiymətlər   bazarlardakıqiymətlərdən 20% ucuzdur.

Səhmdar Cəmiyyətin əsas məqsədi mövsümlə bağlı bazarlarda baş verən süni qiymət artımına qarşı pereventiv tədbirlər görmək, alıcılara daha bol və çeşid baxımından çoxsaylı məhsullar təklif etməklə kənd təsərrüfatı məhsulları ilə təminatın yüksəldilməsidir.
Səhmdar Cəmiyyət Yasamal rayonu ərazisində yaşayan sakinləri istirahət günləri ərzində tədarük-təchizat yarmarkasına dəvət edir.
Paytaxtın digər ərazilərində də satış yarmarkalarının təşkil olunması üçün işlər aparılır.

DİGƏR XƏBƏRLƏR

Top