Ermənistanın istədiyi oldu: Xaçaturov vəzifəsindən getdi


Yuri Xaçaturov Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi vəzifəsindən azad edilib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə təşkilatın saytında məlumat verilir.
Bildirilir ki, Ermənistan tərəfinin Y. Xaçaturovun KTMT-nin baş katibi vəzifəsindən təcili geri çağırılması ilə bağlı  təşəbbüs göstərdiyi prosedur müəyyən edilmiş qaydalara uyğun olaraq başa çatıb.
Qeyd edilir ki, KTMT-nin baş katibi vəzifəsinin icrası təşkilatın baş katibinin birinci müavini Valeri Semerikova tapşırılıb.

DİGƏR XƏBƏRLƏR

Top