Ağır xəstəlikdən əziyyət çəkən Musa Yaqub: "Gəzə bilmirəm" - VİDEO


Öz əlimə baxıram, tanımıram.
Yeniavaz.com
xəbər verir ki, ARB TV-nin "Səhər-Səhər" verilişində tanınmış şair Musa Yaqubun sağlıq durumu ilə bağlı süjet yayımlanıb.
"Səhər-Səhər" komandası tanınmış şairi evində ziyarət edib. Musa Yaqub hazırda gəzə bilmədiyini və daha çox tənginəfəslikdən əziyyət çəkdiyini deyib:
"Babatam. Çox ağır xəstəlik keçirdim, amma, sözün düzü, gedirdim. Məni millət qaytardı. Qocaların əllərinə baxanda deyirdim bu nədir, damarlar... Mənim əlim qəşəngdir. İndi öz əlimə baxıram, tanımıram. Rəhmətlik yoldaşım deyirdi ki, sənin saçlarından utanıram. Deyirdim, bala, niyə? Deyirdi ki, yaşıdlarının saçı ağdır, səninki qara. Elə bilirlər rəng qoymusan. Zəlimxan Yaqub, mən, Mikayıl Mirzə Türkiyədəydik. Hamamda məni güdürdülər ki, görək bunun saçı nə rəngdədir. Dedim, bala, mənim saçım rəng götürmür. Elə bir ağrım yoxdur, bir az tənginəfəslik var. Ayaqlarım Baba dağda o daş yoxdur ki, ayaqlamasın. Amma indi gəzə bilmirəm. Nə bilim?! Vallah, bilmirəm ki, özümə nə olub?!".

DİGƏR XƏBƏRLƏR

Top