Gənc sahibkarlar üçün "New generation" layihəsinin açılışı olub - FOTOLAR


Noyabrın 1-i Gənclər və İdman Nazirliyinin tərəfdaşlığı, "Coca-Cola" şirkətinin dəstəyi, "Youth Inc." Sahibkarlıq Proqramının təşkilatçılığı ilə həyata keçiriləcək "Yeni Nəsil" (New
Generation) layihəsinin açılış və təqdimat mərasimi baş tutdu. Yeniavaz.com xəbər verir ki, bu layihə ilə 4 iqtisadi regiondan (Abşeron, Quba-Xaçmaz, Gəncə-Qazax və Şəki-Zaqatala) gənclər əhatə olunacaqdır.

Layihə çərçivəsində gənclərə biznes və maliyyə savadlılıqlarının artırılması yönündə təlimlər keçiriləcək, mentor və biznes investorların görüşləri və dəstəkləri də olacaqdır.
4 mərhələdən ibarət olacaq bu layihə çərçivəsində gənclər öz ideyalarını biznesə çevirmək imkanı əldə edəcəklər. Bundan əlavə region gəncləri üçün layihə çərçivəsində keçiriləcək biznes görüşlərdə istər region, istərsə də milli bazarı əhatə edəcək biznes layihələri üçün investisiya əldə etmək imkanı qazanacaqlar.

Açılış nitqini "Youth Inc." Sahibkarlıq Proqramı və Biznes İnkubasiya Mərkəzinin direktoru Ələkbər Mustafayev etdi və layihə barədə ətraflı məlumat verdi. Tədbirdə Gənclər və İdman nazirinin müavini İntiqam Babayev də çıxış etdi. Daha sonra "Youth İnc" sahibkarlıq proqramının 2013-2017- ci illər hesabat video çarxı nümayiş etdirildi. Tədbirin sonunda uğurlu layihə iştirakçılarına mükafatlar verildi.
Sona Salman

DİGƏR XƏBƏRLƏR

Top