ABŞ yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq edəcək


ABŞ yaxın günlərdə Kubaya qarşı yeni sanksiyalar tətbiq etmək niyyətindədir.

Bunu cümə axşamı ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton deyib.

Onun sözlərinə görə, Kubaya qarşı qadağa siyahısının genişləndirilməsi bir neçə gün ərzində baş verəcək.

"Kuba hərbi və xüsusi xidmət orqanları ABŞ-dan, xalqından, səyyahlarından və ya biznesindən qeyri-mütənasib şəkildə böyük mənfəət əldə etməməlidir", - deyə prezidentin köməkçisi bildirib.

Bundan əvvəl ABŞ Venesuelaya qarşı yeni sanksiyalar tətbiq edib.(Report)

DİGƏR XƏBƏRLƏR

Top