“Apple”: Bu “iPhone” artıq köhnədir, təmir etməyəcəyik


ABŞ-ın “Apple” şirkəti “iPhone 5” smartfonunu köhnəlmiş məhsullar siyahısına daxil edib. Yeniavaz.com “İzvestiya” qəzetinə istinadla xəbər verir ki, bu barədə şirkətin saytı məlumat verir.
 
Bununla da “Apple” bu modeldən olan qacetləri daha təmir etməyəcək və onların zəmanətli xidmətini və dəstəyini həyata keçirməyəcək. Şirkətdən bildiriblər ki, ABŞ-da “iPhone 5” modeli köhnəlmiş hesab olunur, digər ölkələrdə isə istismardan çıxmış kimi təsnif olunur.
 
Qeyd edək ki, “Apple” şirkəti istehsalı dayandırıldıqdan sonrakı beş il ərzində öz qacetlərinin işini dəstəkləyir. “iPhone 5” smartfonu 2012-ci ildə buraxılıb. İstehsal olunduğu dövr ərzində 70 milyondan çox ədəd satılıb.

DİGƏR XƏBƏRLƏR

Top