Paşinyan seçkilərin tarixini açıqladı


Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ölkə parlamentinə növbədənkənar seçkilərin keçirilmə tarixini açıqlayıb. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, onun sözlərinə görə, seçkilərin dekabrın 9-da keçirilməsi haqqında razılaşma var.
N. Paşinyan bildirib: “Prezident fərman imzalayara, baxarıq”. O, fərmanın bu gün imzalanacağını qeyd edib. Xatırladaq ki, parlament bu gün ikinci dəfə yeni Baş naziri seçməməlidir, bundan sonra parlament buraxılacaq. 

DİGƏR XƏBƏRLƏR

Top