Bakıda avtobus piyadanı vurub öldürdü


130 nömrəli marşrut avtobusu yolu keçən piyadanı vurub. Bu haqda Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, hadisə dünən saat 6 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsində baş verib. Abşeron rayon sakini Namiq Məmmədov idarə etdiyi “Daewoo” markalı 130 saylı xətt avtobusla yolu keçən 25-30 yaşlı kişini vurub və nəticədə həmin şəxs hadisə yerində ölüb. 

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Qeyd edək ki, 130 saylı avtobus Fidan MMC-yə məxsusdur.

DİGƏR XƏBƏRLƏR

Top