Rusiya Poroşenkonun oğluna və Arsen Avakyana qadağa qoydu

 
Rusiyanın Baş naziri Dmitri Medvedev Ukraynaya qarşı xüsusi iqtisadi tədbirlərin tətbiq edilməsi haqqında qərar imzalayıb. Yeniavaz.com TASS agentliyinə istinadən xəbər verir ki, qərar Ukraynanın 322 vətəndaşa və 68 şirkətə şamil ediləcək.
Bu çərçivədə Ukraynanın fiziki və hüquqi şəxslərinin Rusiya ərazisində sənədsiz qiymətli kağızları və əmlakı, nağdsız pul vəsaitləri bloklanacaq (dondurulacaq) və onların kapitallarının Rusiya ərazisindən kənara çıxarılması qadağan ediləcək.
Məhdudiyyətlərə məruz qalan bəzi Ukrayna vətəndaşları:
Ukrayna Prezidentinin oğlu Aleksey Poroşenko
Ukrayna daxili işlər naziri Arsen Avakyan
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Viktor Mujenko
Ukraynanın Baş prokuroru Yuri Lutsenko
Ukrayna Ali Radanın spikeri Andrey Parubiy

 

 

DİGƏR XƏBƏRLƏR

Top