FIFA-nın prezidenti Canni İnfantino 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatında 48 komandanın iştirak edə biləcəyi barəcə açıqlama verib.
İnfantino bildirib ki, yeniliyin 2022-ci ildə tətbiq olunması müzakirələrdən sonra bəlli olacaq: "DÇ-2026-da komandaların sayını 32-dən 48-ə qaldırdıq. Lakin bu yenilik 2022-ci ildə də tətbiq oluna bilər Bunun üçün son variantlara baxırıq. Əgər alınsa, bu, reallaşacaq". (qafqazinfo)