Bəzi yerlərdə yağış yağacaq


Bu gün gündüz saatlarında gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Yeniavaz.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında gündüz saatlarında hava şəraitinin buludlu olacağı, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu 18-20 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında noyabrın 01-i gündüz saatlarında arabir yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu 15-20, dağlarda 5-10 dərəcə isti təşkil edəcək.

DİGƏR XƏBƏRLƏR

Top