Stansiyadan oğurluq etmək istəyənlər tutuldu


Hacıqabul rayonunda dəmir yolu stansiyasından oğurluğa cəhd edən şəxslər saxlanılıblar. Bu barədə Yeniavaz.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, polis əməkdaşlarının sayıqlığı və operativliyi sayəsində oğurluğa cəhd edən şəxslər cinayət başında yaxalanıblar.

Belə ki, oktyabrın 31-də Hacıqabul dəmir yolu stansiyası ərazisindən 9 ədəd rels altlığı, 12 ədəd bərkidici, 298 ədəd bərkidici detal, 8 ədəd bağlayıcı detal və 1 ədəd birləşdiricini oğurlamağa cəhd göstərən 2 nəfər Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onların Şirvan şəhər sakinləri Orxan Eminov və Qədim Sahibov olduqları müəyyən edilib.

Faktla bağlı araşdırmalara başlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top