Bakıda sahibkar öz mağazasında qarət edilib


Bakıda mağazadan oğurluq edilib. Hadisə paytaxtın Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 16 ünvanında yerləşən mağazada baş verib.

Mağaza sahibi Təbriz Qasımov mağazada olarkən içərisində 1300 manat və iki mobil telefon olan çantasını piştaxtanın üzərinə qoyub.

Həmin vaxt təxminən 30 yaşlı müştəri həmin çantanı götürüb hadisə yerindən qaçıb.

Faktla bağlı Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsində araşdırmalar aparılır. (Trend)

DİGƏR XƏBƏRLƏR

Top