Azərbaycanda bu şəhərdə çaqqallar da yaşayır


Yevlax şəhərinin səs-küylü hissəsində vəhşi canlılar da yaşayır. Yeniavaz.com xəbər verir ki, rayonun Qamboy Quliyev 1b ünvanında acgöz heyvanlar sakinlər üçün əsl problemə çevrilib. Gecə vaxtı ulaşma səsləri, gündüz saatlarında isə ərazidə çaqqalların rahat hərəkət etmələri uşaqlarla yanaşı, böyükləri də ciddi narahat edir.
Sakinlər bildirir ki, vəhşi canlıların ərazidə peyda olmasına səbəb binanın arxasında olan qamışlıqdır. Həmin hissədə təmizlik işləri aparılmadığından çaqqallar, sahibsiz itlər oranı özlərinə məskən seçiblər. Həmin ünvanda yaşayan sakinlər bildirir ki, çaqallar gecə vaxtı binanın qarşısında rahatca hərəkət edirlər.
Səhər saatlarında isə məktəbə gedən, işə gedənlər üçün qorxulu anlar yaşadırlar.
Qamboy Quliyev 1b ünvanında yaranan mövcud vəziyyətdən aidiyyəti qurumlar da məlumatlıdırlar. Yevlax 1 saylı Mənzil Təmir İstismar İdarəsinin rəisi Habil Qarayev bildirib ki, həmin hissədə olan qamışılıq sabahdan etibarən təmizlənəcək. Ərazi təmizləndikdən sonra yəqin ki, həmin canlılar məskən saldıqları yeri dəyişməli olacaqalar.
Esmira Hidayətova, Yevlax

DİGƏR XƏBƏRLƏR

Top