Ölkədə satılan ərzaq məhsullarının yarısını Bakı əhalisi satın alır


Bu ilin yanvar-sentyabr aylarında Bakı şəhərində ticarət dövriyyəsinin həcmi 2017-ci ilin yanvar-sentyabr ayları ilə müqayisədə 3,3 faiz artaraq 14 milyard 188,7 milyon manat olub. Yeniavaz.com Bakı Şəhər Statistika İdarəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ticarət şəbəkəsində satılan ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,1 faiz artaraq 6 milyard 441,6 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,3 faiz artaraq 7 milyard 747,1 milyon manata bərabər olub.
Məlumat üçün qeyd edək ki, Bakı şəhərində ticarət dövriyyəsinin həcmi ölkə üzrə qeydə alınan pərakəndə ticarət dövriyyəsinin 54,2%-nə, ərzaq məhsulları, içkilər və tütün məmulatlarına sərf olunan vəsait isə ölkə üzrə qeydə alınan ümumi analoji göstəricinin 49%-nə bərabər olub.
 

DİGƏR XƏBƏRLƏR

Top