FTX-nin binasında partlayışı 17 yaşlı yeniyetmə törədibmiş


Rusiya İstintaq Komitəsi Federal Təhlükəsizlik Xidmətinin (FTX) Arxangelsk üzrə idarəsinin binasında baş vermiş partlayışı terror aktı kimi təsnif edib.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, binaya partlayıcı qurğunu yeniyetmə gətirib. O, partlayıcı qurğunu partladarkən həlak olub. İlkin məlumata əsasən, hadisə nəticəsində 17 yaşlı yerli sakin ölüb. Həmin sakin binaya əldəqayırma bomba gətirən yeniyetmədir. Onun şəxsiyyəti müəyyən edilib. İnsident, nəticəsində FTX-nin 3 əməkdaşı da xəsarət alıb.

DİGƏR XƏBƏRLƏR

Top