Bu ərazilərdə su kəsiləcək


Bu gün Bakının Qaradağ rayonunun bir hissəsinə içməli suyun verilməsi məhdudlaşdırılacaq.

“Azərsu” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Yeniavaz.com-a verilən məlumata görə, magistral su kəmərində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar gün ərzində Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Puta, Korgöz və Lökbatan qəsəbələrinə) içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Qurum yaranacaq narahatlıqla əlaqədar abunəçilərdən üzr istəyib.

DİGƏR XƏBƏRLƏR

Top