Yüzlərlə “Maserati” yanaraq kül oldu VİDEO

 
İtaliyanın Savona limanında baş vermiş yanğında yüzlərlə “Maserati” avtomobili yanaraq məhv olub. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, yanğın selin nəticəsində əmələ gəlib.
 
Su axını ötən gecə iki avtomobil dayanacağını basaraq qısa qapanma yaradıb. Bu da akkumlyator batareyalarının partlamasına və nəticədə yanğına gətirib çıxarıb. Yanğını çərşənbə axşamı səhər saatlarında söndürmək mümkün olub.
 
Yaxın Şərq ölkələrinə ixrac edilməsi üçün nəzərdə tutulmuş yüzlərlə “Maserati” avtomobili yararsız vəziyyətə düşüb. Yanğın zamanı lüks avtomobillərlə yanaşı, sıradan olan yük və minik maşınları da zərər görüb.

DİGƏR XƏBƏRLƏR

Top