Paşinyan yenidən baş nazir postuna namizəd oldu


Ermənistam parlamentinin 3 deputatı baş nazir postuna yenidən Nikol Paşinyanın namizədliyini irəli sürüb. 24 oktyabrda baş tutan birinci səsvermədən sonra bu, ikinci cəhddir. Belə ki, Konstitusiyaya uyğun olaraq, baş nazir seçmək üçün namizəd bir həftə müddətində irəli sürülməli, ondan sonrakı 12 saat ərzində isə səsə qoyulmalıdır.

Beləliklə, sabah 16:00-a qədər namizəd irəli sürməyin son saatıdır, 1 noyabrda isə ikinci səsvermə keçiriləcək.

Qeyd edək ki, N.Paşinyan parlamentdəki digər fraksiyaların baş nazir postuna namizəd irəli sürməyəcəyi barədə vədini alandan sonra 16 oktyabrda istefa verib və hazırda baş naziri əvəz edir. İstefadan sonra parlament iki dəfə baş naziri seçməyə cəhd etməlidir, hər iki cəhd uğursuz olarsa, parlament özünü buraxmalı və növbədənkənar seçkiyə gedilməlidir.

Əvvəlcədən danışıldığı kimi, ilk cəhddə Paşinya seçilmədi və parlament qanunvericiliyə əməl edilməsi üçün ikinci oyunu oynamaq məcburiyyətindədir. N.Paşinyanın 1 noyabrda da seçilməyəcəyi və beləliklə, növbədənkənar parlament seçkisinin elan olunacağı nəzərdə tutulur. (Axar.az)

DİGƏR XƏBƏRLƏR

Top