Merkel Ukraynaya səfər edəcək


Almaniya kansleri Angela Merkel noyabrın 1-də Ukraynaya səfər edəcək. Səfər zamanı Almaniya kansleri Ukrayna Baş naziri Vladimir Qroysmanla iqtisadi əməkdaşlıq məsələlərini müzakirə etmək niyyətindədir. Ukrayna Prezidenti Petro Poroşenko ilə görüşdə isə A.Merkel ikitərəfli münasibətləri, Ukraynanın şərqindəki münaqişəni və Minsk razılaşmalarının həyata keçirilməsini müzakirə edəcək. Həmçinin Almaniya kansleri Ali Radanın deputatları və tələbələrlə görüşəcək. Xatırladaq ki, A.Merkel gələcəkdə kansler vəzifəsinə namizədliyini irəli sürməyəcəyini, eləcə də Bundestaq və digər siyasi vəzifələrə seçkilərdə iştirak etməyi planlaşdırmadığını açıqlayıb. (Report)

DİGƏR XƏBƏRLƏR

Top