Masazırda qayın yeznəsini güllələyib


Abşeronda silahlı insident olub. Hadisə rayonun Masazır qəsəbəsindəki duz gölündə qeydə alınıb. Qəsəbə sakini, 1982-ci il təvəllüdlü Şahin Salahov aralarında yaranmış mübahisə zəminində ov tüfəngi ilə yeznəsi, Naxçıvan sakini, 1984-cü il təvəllüdlü Musa Novruzovu güllələyib. Ayağından güllə xəsarəti alan M. Novruzov xəstəxanaya yerləşdirilib. Məlumata görə, hər iki şəxs duz biznesi ilə məşğul olub

Faktla bağlı Abşeron Polis İdarəsində Cinayət Məcəlləsinin 127.2.3-cü (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.(Report)

DİGƏR XƏBƏRLƏR

Top