İtalyan mafiyası polis itini öldürmək istəyir

 
İtaliyanın kamorra mafiya qruplaşması polis itini ölüm cəzasına məhkum edib. Yeniavaz.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, ölümə məhkum edilmiş it Neapol polis idarəsində xidmət göstərir.
 
9 yaşı olan Poço ləqəbli it yerli narkotrafiklə uzunmüddətli və səmərəli mübarizə apardığına görə mafiyanın nifrətinə tuş gəlib. Kəskin iybilmə qabiliyyəti sayəsində o, 2 tondan artıq narkotik maddəni aşkarlamağa kömək edib.
 
Bununla da Neapol cinayətkar qruplaşması itin günahı ucbatından bir neçə milyon avrodan məhrum olub. Neapol polis idarəsində Poçoya “vendette” elan edilməsini təəccüblə qarşılayıblar.
 
İdarədən bildiriblər ki, Poço əla itdir: “Biz onu Lavessinin (“Neapol” futbol klubunun keçmiş futbolçusu) şərəfinə belə adlandırmışıq. O, işinin öhdəsindən yaxşı gəlir. Lakin itin öldürülmə təhlükəsinin olması barədə məlumat bir az şişirdilib”.

DİGƏR XƏBƏRLƏR

Top