Həmsədrlər Əliyev-Paşinyan görüşünü müzakirə ediblər

 
Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Andjey Kasprşiklə görüşüb. Yeniavaz.com “Sputnik Ermənistan” saytına istinadla xəbər verir ki, həmsədrləri salamlayan N. Paşinyan onların missiyalarının vacibliyini vurğulayıb.
 
N. Paşinyan və həmsədrlər Ermənistandakı son hadisələr və dəyişikliklərdən sonra sülh prosesinin dinamikasına toxunublar. Həmsöhbətlər Düşənbədə Əliyev-Paşinyan görüşü və orada əldə olunmuş razılaşmalar barədə fikir mübadiləsi aparıblar.
 
N. Paşinyan razılaşmalara əməl olunmasının və onların səmərəli həyata keçirilməsinin vacibliyini qeyd edib ki, bu da dinc prosesə uyğun olan atmosferin formalaşdırılmasına xidmət edəcək.

DİGƏR XƏBƏRLƏR

Top