"Xaricdən telefon almışam, Gömrük Komitəsi ölkəyə buraxmır" - Sabiq deputatdan ittiham


"Amazon.com-dan telefon almışam, bağlamanı camex.az daşıma şirkətinin xaricdə (ABŞ-dakı) anbarına göndərmişəm, elektron bəyan edilib və 5.30 dollar gətirilmə xərci ödənilib, bir həftədir anbarda durur".

Yeniavaz.com xəbər verir ki, bunu sosial şəbəkədəki səhifəsində, iqtisadçı, sabiq deputat Nazim Bəydəmirli bildirib: "İndicə mənə daşıyıcı şirkətdən zəng ediblər ki, biz sizin bağlamanı gətirə bilmərik. Çünki Gömrük Komitəsi icazə vermir. Nə qədər başa salmağa çalışsam da ki, sizin bunu mən bəyannamə verib, pulunu ödədikdən sonra etməyə haqqınız yoxdur, dedilər yox, geri qaytarmağa 50 dollar verəcəksiniz ki, satıcıya çatdıraq, ya da ki, 45 gündən sonra bağlamanız məhv ediləcək. Bütün belə əndrabadi qaydalara görə Gömrük Komitəsi ləğv olunmalıdır. Gömrük Komitəsini və daşıyıcı şirkəti məhkəməyə vermək üçün bu sahədə ixtisaslaşmış vəkil axtarıram",-deyə Nazim Bəydəmirli bildirib.

DİGƏR XƏBƏRLƏR

Top