Britaniya kəşfiyyatı Qaşıqçının öldürüləcəyini əvvəlcədən bilirdi - İDDİA


Öldürülən səudiyyəli jurnalist Camal Qaşıqçı Səudiyyə Ərəbistanının Yəməndə kimyəvi silahdan istifadəsinə dair dəlil tapmağa çalışıb. Yeniavaz.com “Life.ru” saytına istinadla xəbər verir ki, bu barədə “Sunday Experess” nəşri məlumat yayıb. Nəşrin məlumatına əsasən, jurnalistin yaxın dostu bildirib ki, onunla ölümündən bir müddət əvvəl görüşüb: “O, narahatıydı. Mənə dedi ki, Səudiyyə Ərəbistanının kimyəvi silahdan istifadəsinə dair dəlillər əldə edib. O dedi ki sənəd şəklində sübutlar almağa ümid edir”.

Qəzet yazır ki, Böyük Britaniyanın xüsusi xidmət orqanları jurnalistin əməlləri və sentyabrın ilk həftəsində nə baş verdiyini bilirdi: “Əvvəlcə Qaşıqçını dindirmək üçün Səudiyyə Ərəbistanına çatdırmaq planlaşdırılırdı. Müvafiq fərmanlar Krallığın ailə üzvlərindən verilirdi”. Deyilir ki, Britaniyanın MI6 kəşfiyyat xidməti Səudiyyə Ərəbistanından olan həmkarlarına əməliyyatı ləğv etməyi tövsiyyə edib, lakin onun məsləhətlərinə məhəl qoyulmayıb.

DİGƏR XƏBƏRLƏR

Top