Qəzaya uğramış təyyarədə Azərbaycan vətəndaşı olub? - Açıqlama


İndoneziyada qəzaya uğramış "Boeing 737" sərnişin təyyarəsinin göyərtəsində Azərbaycan vətəndaşı olmayıb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Xatırladaq ki, təyyarə Yava adasının qərb sahillərində qəzaya uğrayıb. Layner Cakarta aeroportundan havaya qalxandan təqribən 10 dəqiqə sonra radardan itib. Hava gəmisinin məxsus olduğu "Lion Air" aviaşirkətinin məlumatına əsasən, göyərtədə 181 sərnişin, iki pilot və 6 ekipaj üzvü olub. Hazırda axtarış işləri davam etdirilir.(Milli.az)

DİGƏR XƏBƏRLƏR

Top