Dünyanın ən böyük aeroportu bu gün açılacaq


Bu gün İstanbul Yeni Hava limanının açılışı olacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təşkil edilən açılış mərasiminə dünyanın bir çox ölkəsindən dövlət və hökumət rəhbərləri qatılacaq.
Ümumi sahəsi 76.5 milyon kvadratmetr olan hava limanının ilk hissəsinin istifadə verilməsi üçün 6 milyard avro xərclənib. Hava limanının digər hissələri isə sərnişin daşımanın artıma uyğun olaraq 2023-cü ilə qədər tamamlanacaq. Hava limanı tam olaraq inşa edildikdən sonra 6 müstəqil eniş-qalxış zolağı, 500 təyyarə tutumluq, 70 min avtomobillik açıq və qapalı avtoparkı və illik 200 milyon sərnişin daşıma qabiliyyətinə görə dünyanın ən böyük aeroportu olacaq.

İlk etapda günlük 5 qalxış və enişin olacağı hava limanında ölkə daxili uçuşlar 31 oktyabrdan başlanılacaq. İlk xarici səfər 1 noyabrda Şimali Kipr Türk Cümhuriyyətinə, 8 noyabrda isə Azərbaycana olacaq. İlin sonuna qədər hava limanından gündəlik 2 min təyyarə eniş-qalxış edə biləcək. Hava limanı 250 şirkətə xidmət edəcək.(AzVision.az)

DİGƏR XƏBƏRLƏR

Top