Azərbaycanlı özünü 42-ci mərtəbədən atdı, sağ qaldı


Türkiyənin Konya bölgəsində 23 yaşlı Tehran adlı azərbaycanlı özünü 42 mərtəbəli binanın sonuncu mərtəbəsində yerləşən restorandan atıb. Hadisə zamanı Tehran yaxınlıqdakı ticarət mərkəzinin damına düşüb. İnsident nəticəsində gənc oğlan ağır xəsarətlər alıb. Xilasedicilər onu damdan düşürmək üçün ticarət mərkəzinin tavanını sındırmalı olublar. Bundan sonra, azərbaycanlı oradan düşürülüb və Meram Tibb Fakültəsinin Təcili Yardım Xəstəxanasına aparılıb. Hadisənin səbəbləri məlum deyil. Faktla bağlı araşdırmalar aparılır. (Oxu.az)
 

DİGƏR XƏBƏRLƏR

Top