Ermənistanın müdafiə naziri: "Ermənistanın Amerika silahına ehtiyacı yoxdur"

Ermənistanın müdafiə naziri David Tonoyan hesab edir ki, hazırda Ermənistanın Amerika silahının alınmasına ehtiyacı yoxdur. Bu barədə o, “Ermənistan xəbərləri” portalına bəyanatında deyib.

“Biz ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Con Boltonla Amerika silahının alışı barədə məsələləri müzakirə etməmişik. Silah bazarı açıqdır, lakin hazırda bizim Amerika silahına ehtiyacımız yoxdur”, - Müdafiə Nazirliyinin rəhbəri bildirib.

Xatırladaq ki, daha öncə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Yerevanın “Amerika tərəfindən sərfəli təklif gələcəyi təqdirdə” Amerika silahının alışı məsələsini nəzərdən keçirməyə hazır olduğunu demişdi. (virtualaz.org)

DİGƏR XƏBƏRLƏR

Top