11 ildən sonra ilk dəfə - Ronaldo və Messisiz “El Klassiko”


Bu gün İspaniya La Liqasının 10-cu turu çərçivəsində “Barselona” öz meydanında “Real”ı qəbul edəcək.

“El Klassiko” 11 ildən sonra ilk dəfə dünyanın ən yaxşı iki oyunçusu hesab edilən Lionel Messi və Kriştiano Ronaldo forma geyinməyəcək.

Məlumat üçün bildirək ki, Ronaldo yayda “Real”dan “Yuventus”a keçib. Messi isə zədəli olduğu üçün bu matçda iştirak etməyəcək.

“Barselona” ötən turu 18 xalla lider başa vurub. “Real” isə hazırda 14 xalla 7 yerdədir.

İki komanda arasında bu vaxta qədər keçirilən 237 rəsmi oyunda “Real” 95 dəfə, “Barselona2 isə 93 dəfə qalib gəlib. 49 oyun isə bərabərə bitib. Topların nisbətində isə “Real” üstündür (401:387).

Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 19:15-də başlanacaq. (qafqazinfo)

DİGƏR XƏBƏRLƏR

Top