Paşinyandan Trampın müşavirinə çağırış: Mənim adımdan danışma


Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonu onun adından çıxış etməməyə çağırıb.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, N.Paşinyan bu barədə C. Boltonun “Ermənistan hakimiyyəti parlament seçkilərindən sonra Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində daha qətiyyətli addımlar ata biləcək” bəyanatını şərh edərkən deyib.
N. Paşinyanın sözlərinə görə, hər kəs öz adından çıxış edə bilər: “Con Bolton və ya başqa birisi Ermənistanın Baş nazirinin adından danışa bilməz”. O hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Qarabağ “hakimiyyəti və xalqının”, eləcə də Ermənistan xalqının iştirakı olmadan baş tuta bilməz.
 

DİGƏR XƏBƏRLƏR

Top