Səudiyyə Ərəbistanı Ərdoğanın təklifini rədd etdi


Səudiyyəli jurnalist Camal Qaşıqçının qətlində əlaqəsi olanlar Səudiyyə Ərəbistanında məhkəmə qarşısına çıxacaqlar.
Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cubeyr deyib.
Onun sözlərinə görə, C. Qaşıqçının işi isterikaya çevrilib, təhqiqat üçün vaxt lazımdır, faktlar isə təhqiqat aparıldıqca üzə çıxır: “Biz onun qətlinə görə məsuliyyət daşıyanları mühakimə edəcəyik və hər şey edəcəyik ki, bənzər hadisələr bird aha təkrarlanmasın. Bu işdə əlaqəsi olan hər kəs Səudiyyə Ərəbistanında mühakimə olunacaq”.
Nazir, həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı Türkiyəni dost ölkə hesab edir: “Bizim onunla yaxşı işgüzar və investisiya münasibətlərimiz var”.
Xatırladaq ki, daha əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistin öldürülməsində əli olanların Türkiyədə mühakimə edilməsini təklif etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top