Güləşçimiz Eldəniz Əzizli dünya çempionudur!

Macarıstan paytaxtında güləş üzrə dünya çempionatı davam edir.

Yeniavaz.com Virtualaz.org-a istinadən xəbər verir ki, yunan-Roma güləşi üzrə yarışlarda 55 kiloqrama qədər çəki dərəcəsində Azərbaycanı təmsil edən Eldəniz Əzizli dünya çempionu adını qazanıb.

Finalda o, qırğızıstanlı idmançı Jolaman Şarşenbekova 10:0 hesabı ilə qalib gəlib. Qələbə üçün Eldənizə 1 dəqiqədən də az vaxt tələb olunub.

DİGƏR XƏBƏRLƏR

Top