Ukraynalı nazir: Rusiya işğal olunmuş ərazilərdəki kömürü Türkiyəyə göndərir

 
Rusiyanın işğal edilmiş Donbass bölgəsindən Türkiyə və Polşaya Ukrayna kömürü tədarük etdiyinə dair əsaslanmış şübhələr var. Yeniavaz.com UNIAN agentliyinə istinadla xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Pavel Klimkin deyib.
 
O bildirib: “Əldə etdiyimiz məlumata görə, Rusiya tərəfindən işğal olunmuş ərazilərdəki kömürlə bağlı manipulyasiyalar mövcuddur. Rusiya tərəfi Ukrayna kömürünü öz kömürü ilə qarışdırır ki, belə faktı kimyəvi baxımdan aşkarlamaq mümkün olmasın”.
 
P. Klimkinin sözlərinə görə, ardından kömür Türkiyəyə göndərilir: “İndi də təhqiqat aparılır və yeri gəlmişkən əsaslı şübhələr var ki, məhz belə kömür Polşaya da göndərilib. Mən bu barədə Polşanın xarici işlər naziri Yatsek Çaputoviçlə danışmışam”.
 
Nazir diqqətə çatdırıb ki, bunu üzə çıxarmaq elə də asan iş deyil, çünki bu,  mürəkkəb qarışıqdır: “Biz bunu ardıcıl etməliyik ki, belə manipulyasiyalar olmasın”.  Qeyd edək ki,  Ukraynanın şərqində hərbi əməliyyatlar getdiyinə görə ölkədə əhəmiyyətli dərəcədə kömür qıtlığı yaşayır.

DİGƏR XƏBƏRLƏR

Top