Türkiyədə daha bir “qanuni oğru” tutuldu FOTO

 
Türkiyədə Lavasoğlu ləqəbli gürcüstanlı “qanuni oğru” Mindiya Qoradze saxlanılıb. Yeniavaz.com “Lenta.ru” saytına istinadla xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
 
Qurumdan bildiriblər ki, M. Qoradze türk və gürcü polislərinin birgə iştirakı ilə saxlanılıb. Digər məlumata görə isə Lavasoğlu avtomobili polis reydi zamanı tutulub. Türk polislər maşına baxış keçirərkən qeydə alınmamış odlu silah – tapança və patronlar aşkarlayıblar.
 
Bildirilir ki, M. Qoradzenin Trabzon vilayətinin Təhlükəsizlik İdarəsində dindirilməsi və məhkəmə araşdırması başa çatdıqdan sonra İnterpola təhvil veriləcək.

DİGƏR XƏBƏRLƏR

Top