Jurnalist Qaşıqçının oğlu Səudiyyədən qaçdı

 
Səudiyy Ərəbistanının İstanbuldakı Baş Konsulluğunda öldürülən jurnalist Camal Qaşıqçının oğlu Salah bin Camal Qaşıqçı Səudiyyə Ərəbistanının ərazisini tərk edib və ABŞ-a yollanır. Yeniavaz.com TASS agentliyinə istinadla xəbər verir ki, bu barədə “Human Rights Watch” (HRW) hüquq müdafiəsi təşkilatının nümayəndələri deyiblər.
 
HRW-in Yaxın Şərq şöbəsinin icraçı direktoru Sara Li Uitsonun sözlərinə görə, jurnalistin oğlu ailə üzvləri ilə birlikdə cümə axşamı Ər-Riyadı tərk edib və ABŞ-a yollanır.  O qeyd edib ki, bu, Salahın Səudiyyə ərazisindən çıxışına qoyulmuş qadağa ləğv edilkdən sonra mümkün olub. Xatırladaq ki, Salah jurnalistin böyük oğludur. Onun ikili – Səudiyyə və ABŞ vətəndaşlığı var.

DİGƏR XƏBƏRLƏR

Top