Yenə qolsuz oyun, ardıcıl üçüncü məğlubiyyət


Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilir.

Turnirdə ölkəmizi təmsil edən “Qarabağ” da növbəti oyununa çıxıb. Qurban Qurbanovun komandası Bakıda Ukraynanın “Vorskla” klubunu qəbul edib.

Əvvəlki iki görüşdə uduzan Ağdam təmsilçisi bu matçda ilk xalını qazanmağa çalışıb. Lakin qarşılaşma qonaqların qələbəsi ilə başa çatıb - 1:0.

Bununla da "Qarabağ"ın qrupdan çıxmaq şansı xeyli azalıb. 

Qeyd edək ki, E qrupunun digər oyununda “Arsenal” səfərdə “Sportinq”i 1:0 hesabı ilə üstələyib.
25 oktyabr

Avropa Liqası
Qrup mərhələsi, 3-cü tur
20:55. “Qarabağ” (Azərbaycan) – “Vorskla” (Ukrayna) - 0:1 
Qol: 
Kulaç, 48
Baş hakim: Roi Reinshreiber (İsrail)
Bakı Olimpiya Stadionu 

20:55.”Sportinq” (Portuqaliya) – “Arsenal” (İngiltərə) - 0:1 
Qol: Uelbek, 77

 
1. Arsenal 3 3 0 0 8:2 9
2. Sporting 3 2 0 1 4:2 6
3. Vorskla Poltava 3 1 0 2 4:6 3
4. Qarabağ 3 0 0 3 0:6 0

(qol.az)

DİGƏR XƏBƏRLƏR

Top