"General işdən azad edilməsi üçün Ramil Usubova müraciət etməyib" - İddialara cavab


Respublika Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov istefası üçün Daxili işlər nazirinə raportla müraciət etməsi barədə mətbuatda məlumat yayılıb.
İddialara görə, 24 ildir bu vəzifəni daşıyan 67 yaşlı R. Zeynalov iyul ayında yaş həddinə görə vəzifəsindən azad edilməsi üçün müraciət edib. Amma general Ramiz Zeynalovun istefa istəyi qəbul edilməyib. Buna səbəb kimi isə Tovuzda "Aqropark”ın tikintisinin ona tapşırıldığı və tikinti başa çatmayınca vəzifəsindən gedə bilməyəcəyi iddia olunur.
Baş Dövlət Yol Polisi İdarəsinin rəsmisi Kamran Əliyev açıqlamasında bu məlumatı təkzib edib: "Generalın Ramiz Zeynalov vəzifəsindən azad edilməsi ilə bağlı nazirə raportla müraciət etməsi iddiası əsassızdır. Ramiz müəllim iş başındadır”.
(bizimyol.info)

DİGƏR XƏBƏRLƏR

Top